Xeber Informasiya Agentliyi

Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

Gürcüstan Turizm Adminstrasiyasından mediatur təklifi alanda, düzü, qəribə oldum. Vətəndaşı olduğum ölkəyə turist kimi səfər edəcəkdim.

Beləliklə, Netxeber.Az Gürcüstanda qış turizmi ilə bağlı keçirilən mediaturdan ilk yazını təqdim edir.

Tbilisi bizi qarla qarşıladı. Amma gördüyümüz isti münasibət soyuq havanı bizə unutdura bildi.

Xüsusi ilə bələdçimiz Marika Boqveradzenin rəhbərliyi ilə keçən turumuz xoş xatirələrlə yadda qaldı.

- W1siZiIsIjIwMTcvMTIvMTkvMTEvMTcvMzQvOTkwL0lNR180NTY2LmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

İlk olaraq Tbilisi yaxınlığında yerləşən Sodoroti kəndinə yollanırıq. Əhalisinin 79 faizini azərbaycanlıların, 21 faizini isə gürcülərin təşkil etdiyi kəndə maraq yaradan isə Jvaniya ailəsidir.

-  - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

Ailə başçısı İrakli Jvaniya heykəltəraşdır. Özünün dediyinə görə, diplom almaq xatirinə bu sənətə yiyələnib. Əslində isə məşhur heykəltəraş Zurab Seretelidən dərs alıb.

- W1siZiIsIjIwMTcvMTIvMTkvMTEvMzIvNTEvMzYvSU1HXzQ1OTIuSlBHIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjU5MHg1OTBcdTAwM2UiXV0 - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

Sonradan bu sənətə mükəmməl yiyələnən İrakli məşhur heykəltəraşlardan sayılır. Tbilisidə “Balaca Şahzadə” heykəli ilə məşhurlaşan İrakli Jvaniyanın müəllifi olduğu abidələr Avropanın bir neçə ölkəsini bəzəyir.

-  - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

Şəhərdən uzaqlaşmaq üçün Sodoretidə ev alan İrakli sonradan burada restoran açmaq qərarına gəlir.

- W1siZiIsIjIwMTcvMTIvMTkvMTEvMTcvMzMvNDA2L0lNR180NTY1LmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

Evinin birinci mərtəbəsində ideyasını gerçəkləşdirən heykəltəraş özünün istehsal etdiyi şəraba görə indi xeyli məşhurdur. Müştərilərini cəlb edən də elə bu şərablardır.

-  - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

İraklinin babası isə Stalinin sevimlilərindən olub.

Stalinin ona bağışladığı SSRİ-yə gətirilmiş ilk ananas isə hələ də xüsusi qaydada saxlanılır və restoranın bəzəyini təşkil edir.

- W1siZiIsIjIwMTcvMTIvMTkvMTEvMjUvNTAvMTgzL0lNR180NTczLkpQRyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

Restoranın bəzəyi həm də bu evin xanımı olan Esma Kunçuliadır. İxtisasca jurnalist olan xanım Kunçulia vaxtilə Gürcüstanın birinci kanalında siyasət müxbiri olub.

-  - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

Hazırda isə jurnalistikadan mətbəxə keçib. Televiziyada mətbəx verilişində müəllif və aparıcı olan Esma Kunçulia orada öyrəndiklərini həm də öz restoranının mətbəxində tətbiq edir. Onun saperavidə qızardılmış toyuq yeməyinin dadından isə doymaq olmur. Esma Kunçulia Gürcüstanda ilk dəfə olaraq kulinariya muzeyi də yaratmağa başlayıb.

- W1siZiIsIjIwMTcvMTIvMTkvMTEvMTcvMzcvMzE5L0lNR180NTY5LmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

Sodoretidən ayrılıb üz tuturuq “Mağaralar şəhəri” olan Uplisçixiyə…

-  - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

Uplisçixi Qori rayonunda yerləşir. Şəhərin eramızdan əvvəl II əsrin sonları – I əsrin əvvəlləri salındığı güman olunur. Şəhər XIX əsrin sonlarında tam tərk edilib. Şəhərdə olan 700 mağaradan 150-si bugünə qədər gəlib çatıb.

- W1siZiIsIjIwMTcvMTIvMTkvMTEvMTcvNDMvMjI5L0lNR180NjIxLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

1950-ci ildən bəri isə ərazi turizm mərkəzi kimi fəaliyyət göstərir.

-  - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

2000-ci ildə baş verən zəlzələ isə abidələrə ciddi ziyan vurub.

- W1siZiIsIjIwMTcvMTIvMTkvMTEvMTcvNDcvMjI2L0lNR180NjMyLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

Burada qədim dövrlərə aid mağaralar, abidələr isə görənləri heyran edir. Gürcüstana gedənlər bu “Mağaralar şəhəri”ni görmədən keçməsinlər.

-  - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

Uplisçixidə kampinq üçün də şərait yaradılıb.

- W1siZiIsIjIwMTcvMTIvMTkvMTEvMTgvMjMvMTQyL0lNR180NjQ5LmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

Hazırda bura muzey statusu daşıyır. Bir nəfərin girişi 2 manatdır. Qrup şəklində isə bu qiymət 1.5 manata qədər enir. Bələdçi xidməti isə 10 manatdır.

-  - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

Burada Gürcüstan səfərimizin birinci yazısını tamamlayırıq. İkinci yazıda sizə Borjomi, Bakuryani və Qudauridə qış turizmindən söz açacağıq.

- W1siZiIsIjIwMTcvMTIvMTkvMTEvMTcvNDYvMjQ3L0lNR180NjI5LmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

-  - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO- W1siZiIsIjIwMTcvMTIvMTkvMTEvMTgvMTkvNTk2L0lNR180NjQwLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO-  - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO- W1siZiIsIjIwMTcvMTIvMTkvMTEvMTgvMjIvNjk4L0lNR180NjQzLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO-  - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO- W1siZiIsIjIwMTcvMTIvMTkvMTEvMTgvMjYvNDYwL0lNR180NjUzLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI1OTB4NTkwXHUwMDNlIl1d - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO-  - Tanımadığınız Gürcüstan – Turizm üçün hər şey edən gürcülər – FOTO

 

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...