Xeber Informasiya Agentliyi

Tramp Şimali Koreya lideri ilə dostlaşır

- W1siZiIsIjIwMTgvMDEvMTIvMTEvNTYvMjUvMzgwL3RydW1wLWtpbS1qb25nLXVuLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d - Tramp Şimali Koreya lideri ilə dostlaşır

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla “çox yaxşı münasibətlərinin” olduğunu güman etdiyini bildirib.

Netxeber.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “The Wall Street Journal”a verdiyi müsahibədə danışıb.

“Yəqin ki, mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var. Mən insanlarla münasibət qururam. Amma deyəsən, bu, sizi təəcübləndirir”, – deyə Tramp bildirib.

Bununla belə, Tramp Şimali Koreya lideri ilə söhbət edib-etmədiyi ilə bağlı suala cavab verməkdən yayınıb.

“Mən bu məsələni şərh etmək istəmirəm. Olub-olmadığını demirəm. Sadəcə, bunu şərh etmək istəmirəm”, – deyə Tramp qeyd edib.

Məlumata görə, Ağ Ev rəhbərinin bu bəyanatı rəsmi Vaşinqtonla Pxenyan arasında daha açıq diplomatiyanın getdiyinin carçısı ola bilər.

Bundan əvvəl verdiyi açıqlamada Tramp Kim Çen Inla telefon danışığına hazır olduğunu bildirmişdi.

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...