Xeber Informasiya Agentliyi

Valyuta yığanların nəzərinə: Bu il dollar zəif olacaq

- W1siZiIsIjIwMTgvMDEvMDkvMTcvMzIvNTgvNzMzL0JOLVVaNDg5XzJYNkVLX09SXzIwMTcwOTA3MTEyMzU5LmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d - Valyuta yığanların nəzərinə: Bu il dollar zəif olacaq

“Goldman Sachs”ın aparıcı, iqtisadçısı Can Hatziusu ABŞ Mərkəzi Bankının gözlənilən dörd faiz artımı qərarına baxmayaraq, bu ilin dollar üçün zəif keçəcəyini açıqlayıb.

Netxeber.Az Bloomberg-ə istinadən xəbər verir ki, C. Hatziusu dolların böyük valyutalara, hətta inkişaf edən ölkələrin valyutalarına nisbətdə zəif olacağını bəyan edib.

Normal situasiyalarda Mərkəzi Bankın faiz artımı qərarının valyutanın məzənnəsini dəstəkləməsinə gəlincə, Hatziusu düşünür ki, digər Mərkəzi Bankların siyasət dərəcələrində artımları dolların cazibəsini itirməsinə səbəb olacaq.

Qeyd edək ki, bazarlarda ABŞ valyutasının bu il zəif performans göstərəcəyinə dair ehtimallar var. 2017-ci ildə FES-in faizləri 3 faiz artırmasına və Donald Tramp hökumətinin vergi islahatlarına baxmayaraq, dollar avroya nisbətdə 10 faiz dəyər itirib.


www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...