Xeber Informasiya Agentliyi

“Warner Bros.” Müslüm Gürsesin həyat hekayəsini ekranlaşdırır – VİDEO + FOTO

Bir neçə il öncə həyata gözlərini yuman türkiyəli müğənni Müslüm Gürsesin inanılmaz həyat hekayəsi ekranlara daşınır. “Warner Bros.” və  “Ayla” filmini ərsəyə gətirən şirkətlər birləşib  “Müslüm” adlı ekran işi üçün çəkilişlərə başlayıb.

Kasıb bir ailədə böyüyən Gürses yenicə tanınmağa başladığı vaxtlarda anasının ölüm xəbərini alır. Anasının qatili isə öz atası idi. Müslüm bu tragik hadisədən sonra atası ilə heç vaxt görüşmür.

- W1siZiIsIjIwMTgvMDEvMDUvMTQvMjAvMDkvNDcwL3MtMTM2M2I4Mjk5Njk2ZGE0OGE0NmNiNDQ3MDc2MTVjZDRjMWZlMjA4Ni5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ - “Warner Bros.” Müslüm Gürsesin həyat hekayəsini ekranlaşdırır – VİDEO + FOTO
Bu hadisələrin fonunda 1978-ci ildə Tarsusdan Adanaya gedən Müslüm yol qəzasına düşür. Hər kəs onun öldüyünü düşünür. Xəstəxanada yatan Müslümün kəllə sümüyü parçalanır. Həmin vaxt isə onun beynini qorumaq üçün sümüyün yerinə plastik yerləşdirilir. Bu qəzadan sonra iybilmə duyğusunu itirən Gürses eşitməkdə də çətinlik çəkir.

-  - “Warner Bros.” Müslüm Gürsesin həyat hekayəsini ekranlaşdırır – VİDEO + FOTO

Bu inanılmaz hekayənin detalları daha çoxdur. Ancaq izləyicilər onun bütün bu çətinliklərə sinə gərərək qazandığı uğuru görəcəklər.

Filmin ssenarisini Hakan Günday və Gürhan Özçiftçi yazıb. Ekran işinin rejissoru Hakan Kırvavaç, görüntü rejissoru isə Martin Lyudmildir. Filmdə Müslüm Akbaşın uşaqlığını Alper Parlak, gəncliyini “Yetenek sizsiniz” yarışmasıyla tanınan Şahin Kendirci, orta yaşlı formasını isə Timuçin Esen oynayır.

- W1siZiIsIjIwMTgvMDEvMDUvMTQvMjAvMDcvNTUxL2IuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjU5MHg1OTBcdTAwM2UiXV0 - “Warner Bros.” Müslüm Gürsesin həyat hekayəsini ekranlaşdırır – VİDEO + FOTO

-  - “Warner Bros.” Müslüm Gürsesin həyat hekayəsini ekranlaşdırır – VİDEO + FOTO

Müslüm Gürsesin qardaşı Ahmet obrazını “Medcezir”in Merti, aktyor Taner Ölmez, atası Mehmeti Turqut Tunçalp, anası Əminəni Ayça Bingöl, böyük bir eşqlə sevdiyi Muhterem Nuru isə Zerrin Tekindor canlandırır. Filmdə həmçinin “Çukur” serialının “Vartolu”su Erkan Kolçak Köstendil, Güven Kıraç, Erkan Avcı, Caner Kurtaran, Qoncagül Sunar, Teoman və başqaları çəkilib.

- W1siZiIsIjIwMTgvMDEvMDUvMTQvMjAvMTIvNzQyL3MtZDg2OWVmYWIwOGI2Njk2MDEwOWExYjkyMTA5NDRiMjJmZWUzMDc4OS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ - “Warner Bros.” Müslüm Gürsesin həyat hekayəsini ekranlaşdırır – VİDEO + FOTO

Oktyabr ayında sənətçinin doğulduğu Şanlıurfada başlayan çəkilişlər Adanada davam edir. Adanın Sinan Paşa məhəlləsində çəkilişlər zamanı Müslüm Gürsesi tanıyanlar filmin komandasına VHS video kasetlər göstərərək onların içində müğənninin daha öncə heç yerdə çıxmayan mahnılarının olduğunu bildiriblər. İzləyicilər bu mahnıları ilk dəfə filmdə eşidəcəklər. Ekran işində yer alan digər detal isə gerçək Müslüm Gürseslə filmdəki obrazın qarşılaşdığı səhnə olacaq.

Filmin ilk görüntülərini izləyən sənətçinin həyat yoldaşı Muhterem Nur ekran əsəri barədə fikirlərini belə ifadə edib:

“Filmi qarşımda görəndə çox həyəcanlandım, təsirləndim. Hisslərimi ifadə etməyə söz tapmıram. Bütün əməklərinə görə hər kəsə təşəkkür edirəm. Timuçin çox güclü aktyordur. Onu çox bəyənirəm. Bu filmdə Müslümü sənəti ilə yaşadacaq”.

-  - “Warner Bros.” Müslüm Gürsesin həyat hekayəsini ekranlaşdırır – VİDEO + FOTO

Qeyd edək ki, filmin yayım tarixi hələlik bəlli deyil.


www.netxeber.az

 

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...