Xeber Informasiya Agentliyi

Xaçmazda yeni avtomobil yolu inşa edilir – VİDEO

- W1siZiIsIjIwMTgvMDEvMTAvMDkvMzQvMTcvMzI0LzQuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - Xaçmazda yeni avtomobil yolu inşa edilir – VİDEO

Xaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun təmir-tikinti işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Netxeber.Az-a verilən məlumata görə, yenidən qurulan və səkkiz min nəfər əhalinin yaşadığı səkkiz yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun uzunluğu 29 km təşkil edir.

Torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Təmir-tikinti işlərindən sonra isə vətəndaşlar tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcəklər.

Layihəyə əsasən, sözügedən yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. İki hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edəcək. Bura altı metr enində hərəkət hissə və hər bir istiqamət üzrə iki metr enində çiyinlər daxildir.

Hazırda tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunur. Daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görüləcək. Ümumilikdə yolun 170 min m2-də çox hissəsinə iki qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

Bundan başqa, yol boyu zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün suötürücü boruların tikintisi, mövcud olanların isə təmir olunaraq bərpa edilməsi nəzərdə tutulub.


www.netxeber.az

 

 

 

 

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...