Xeber Informasiya Agentliyi

Yapon astronavt öz səhvini düzəltdi

- W1siZiIsIjIwMTgvMDEvMTAvMTEvMzYvMzgvNzg0LzE1MTU0ODY3ODYtOTMzOC1ub3Jpc2hpZ2Uta2FuYWkuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0 - Yapon astronavt öz səhvini düzəltdi

Bundan əvvəl kosmosda boyunun doqquz santimetr artdığını deməklə hamını təəcübləndirmiş yaponiyalı astronavt  Norisiqe Kanai ölçüdə səhv etdiyini etiraf edib. Yanlışlığı Beynəlxalq Kosmik Stansiyanın ekipaj üzvlərindən olan rusiyalı həmkarı aşkarlamağa kömək edib.

Netxeber.Az bildirir ki, bu barədə astronavt öz “Twitter” hesabında  yazı paylaşıb.

“Rusiyalı komandir (ekspedisiyanın başçısı Anton Şkapleryov) dedi ki, doqquz santimetr həddindən artıq çoxdur. Sonradan mən özüm ölçdüm və məlum oldu ki, boyum 182 santimetr təşkil edir – bu Yerdəkindən cəmi 2 santimetr çox imiş”,  – deyə Kanai etdiyi səhvə görə təəssüfləndiyini bildirib.

Xatırladaq ki, yapon astronavt boyunun inanılmaz şəkildə artdığı barədə yanvarın 9-da məlumat paylaşmışdı. Kanainin sözlərinə görə, bədəninin fiziki göstəriciləri stansiyada keçdiyi tibbi müayinədən sonra bəlli olub. 

www.netxeber.az

Bunlar da maraqlıdır
Şərhlər
Yüklənir...